Azərbaycan Minsk Kitab Sərgisində

Azərbaycan Minsk Kitab Sərgisində backend

Bu gün 22-ci Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işinə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan nəşrləri də bu sərgidə nümayiş etdirilir. Nazirliklə yanaşı ölkəmizi sərgidə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və "Hədəf" nəşriyyatı təmsil edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, builki sərginin fəxri qonağı Çin Xalq Respublikasıdır. Sərginin açılış mərasimində Belarus Prezidenti A.Lukaşenkonun müraciəti oxunub, informasiya naziri L.Ananiç, Belarus Yazıçılar İttifaqının sədri N.İ.Çerqinets, Belarusun Prezident Administrasiyası rəhbərinin müavini İ.İ.Buzovski, ÇXR-in nümayəndə heyətinin rəhbəri Yan Syaoxun və digər rəsmi şəxslər çıxş ediblər.

Minsk sərgisində 200 adda nəşr məhsulları nümayiş olunur, ölkəmizin turizmi və ilk Avropa Oyunları haqqında çoxlu sayda təbliğat materialları ziyarətçilərə paylanılır.

Sərgi fevralın 15-dək fəaliyyət göstərəcək.
Diaspora