“Vətən müharibəsində bacım oğlu da şəhid oldu...”

“Vətən müharibəsində bacım oğlu da şəhid oldu...” backend

Xəbər verdiyimiz kimi iki gün öncə Xalq artisti Zabit Nəbizadənin doğum günü idi.

Xanəndə Moderator.az-a açıqlamasında doğum günü ilə bağlı öz xoş təəssüratlarını bölüşüb:

“İnsan uşaq olanda doğum günlərində sevinirdi. Amma indi elə bir xoş təəssüratım yoxdu. Vətən müharibəsində şəhidlərimiz oldu. Onlardan biri də bacım oğlu - müddətdən artıq hərbi qulluqçu Xalid Mecdinovdur. Şəhidlərimizin hamısı mənim bacım oğludur, heç birisi arasında fərq qoymuram. Ona görə də doğum günümü keçirmədim. Ata ocağında qohum-əqrabama iftar süfrəsi verdim”. 

Xalq artisti işğaldan azad edilən torpaqlarımıza görə sevindiyini bildirib:

“Əlbəttə ki, bir gözümüz ağlayıbsa, bir gözümüz də gülüb. Otuz ilə yaxındır ki, biz hamımız o torpaqların həsrəti ilə yaşamışıq. Hər bayramda, verilişlərdə arzu etmişik ki, inşallah gələn il bu tədbiri Qarabağımızda, Cıdır düzündə keçirək. Şükür olsun ki, yavaş-yavaş o arzularımıza çatırıq. Allah gec də olsa bizi o arzulara çatdırdı və bundan sonrakı günlərimizi xeyirli etsin”. 

Diaspora