Flora Kərimova: “Ağdamın işğalına görə ad günü keçirmirəm”

Flora Kərimova: “Ağdamın işğalına görə ad günü keçirmirəm” backend

`22 ildir evimdə ad günü süfrəsi açmıram` Bu gün Azərbaycanın məşhur estrada və opera müğənnisi Flora Kərimovanın doğum günüdür. AzVision.az 74 yaşını qeyd edən Xalq artistinin doğum günü təəssüratlarını öyrənib. Müğənni 22 ildir ad gününü qeyd etmədiyini deyib: “Ağdamın işğalından sonra ad günümü qeyd etmirəm. Bunu özümə yasaq etmişəm. Ad gününü qeyd etmək üçün insanın gərək ruhu sevinsin. Mən 22 ildir ki, bu hissləri yaşaya bilmirəm. Ona görə də hər il 23 iyulu adi günlərdən biri kimi keçirirəm.

Bəzən elə olur ki, məni sevənlər, dostlar, tanışlar ad günümdə məni harasa dəvət edirlər. Məcburiyyətdən onları qırmayıb gedirəm. Ancaq özüm durum süfrə açım, qonaq çağırım belə şeylər olmur”.
İllərin kamillikdən daha çox sınaq, təcrübələr gətirdiyini deyən F. Kərimova yaşlanmaqdan qorxmadığını deyir.



“İllər insana kamillik gətirmir. Əgər insanın doğuşdan əxlaqı, dərrakəsi yoxdursa, illər bunu sənə heç vaxt verə bilməz. O yalan söhbətdir ki, biz qocaldıqca müdrikləşirik. Bu sənin canında, qanında olmalıdır. İllər sadəcə bizə təcrübə, sınaq, ağrılı, əzablı və ya xoş günlər verir. Mən də canımda can olduqca bu illərin sınağından çıxmağa çalışıram ”.

Qeyd edək ki, Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu , 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun Çinar ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası (nümunə üçünQaynana filmində Dilbərin ariyası, Sular qız romansı), Milli Opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasında Leyli), xalq mahnıları, Bəstəkar mahnılarının Klassik Art-Estrada (Sovet Estradası) janrlarının Ustad Sənətkarıdır. Azərbaycan Klassik Art-Estrada janrının banisidir .

Diaspora