Azərbaycanın və SSRİ-nin Xalq Artisti Fidan Qasımova Böyük Britaniya Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülməsi münasibəti İlə 2015-ci ilin 27 iyul tarixində London şəhərində konsert proqramının keçirilməsi planlaşdırılmışdır.
Qeyd olunan konsert proqramında Fidan və Xuraman Qasımovaların iştirakı, Azərbaycan və dünya klassik musiqilərindən ibarət proqramla çıxış etməsi nəzərdə tutulur.
Bu səfərin təşkili Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.