QAZILER.AZ saytının əməkdaşı dünən Heydər Əliyev Mərkəzində olub. Qeyd edək ki, Mərkəzdə qonaqlara yüksək səviyyədə xidmət göstərilirdi. Təqdimat həm öz dilimizdə, həm də xarici dildə nümayiş etdirilirdi. Mərkəzin ağ rəngi göz oxsayan çalarda birüzə verirdi. Sanki hər tərəfə isıq saçaraq bəyazlıgın möhtəşəmliyini nümayiş etdirirdi.
Bildirək ki, Heydər Əliyev Mərkəzi bir neçə hissədən ibarətdir. Biz mərkəzin 2-ci hissəsinə - AZƏRBAYCAN İNCİLƏRİ adlanan hissəsinə baş çəkdik. Bu “Azərbaycan inciləri- tarixin axarında” sərgisi Azərbaycan tarixi və mədəniyyətinin təbliğinə, milli-mənəvi, adət -ənənələrinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.Gördüklərimiz bizi heyran etdi. Bizim keçmişdə nənə babalarımızın geyindiyi müxtəlif bölgələrə məxsus olan milli geyimlər, xalçaların nümayişi, arxeoloqlar tərəfindən tapılan qədim əşyalar, Qobustan qayaüstü rəsmlərindən nümunələr, Zərgərlik məmulatları isə mərkəzdə göz oxşayırdı. Gözəl şəhərimizə aid binaların kiçik maketləri isə adamı xəyalən şəhərin görmədiyimiz tərəflərinə səyahət etdirirdi. Bu gördüklərim hələ bir hissəsidir. Bizimlə Heydər Əliyev Mərkəzinə səyahət edən fransız xanım Carine də bu əsrarəngiz gözəlliyə biganə qala bilmirdi. O da tez-tez fransız və ingilis dillərində öz heyranlığını dilə gətirirdi.
Aydan Əlizamanlı - QAZİLER.AZ