Regionlardan paytaxta...

Regionlardan paytaxta... backend

Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin "Regionlardan paytaxta" layihəsinin başlanmasına həsr edilmiş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Masallı rayon Mədəniyyət və Turizm şöbəsinin dəstəyi ilə baş tutub.
Layihə çərçivəsində xalq tətbiqi sənəti ustalarının əl işləri, ədəbi nəşr nümunələri, milli mətbəxin təamları, kənd təsərrüfatı məhsulları təqdim edilib, Masallı rayonunun iqtisadi və mədəni həyatından bəhs olunub, maraqlı konsert proqramı nümayiş etdirilib.
Qonaqlarda Masallı rayonunun milli mətbəxinin yeməkləri - bir neçə plov növü, ləvəngi, qızardılmış quzu əti, müxtəlif içkilər, salatlar və şirniyyatlar xüsusi maraq doğurub.
Diaspora