Azərbaycanda yaşayan azsaylı xalqların milli geyimləri ilə bağlı sərgi təşkil ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən QAZİLER.AZ-a verilən məlumata görə, sərgi nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə bu ilin payızında keçiriləcək.
Hazrda sərgiyə hazırlıq işləri gedir.Xatırladaq ki, ötən il qurum tərəfindən “Azərbaycan milli geyimləri rəssamların gözü ilə” mövzusunda respublika sərgisi keçirilib. Hazırda bu sərginin kataloqu hazırlanır.