Xalq artisti Azər Zeynalov açıq ürək əməliyyatı olunub.
Qaziler.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda müğənninin həyat yoldaşı deyib:
“Azər müəllim martın 10-da infarkt keçirdi. Növbəti gün Bakıdakı özəl klinikaların birində ürəyinə müvəqqəti stend qoyuldu və əməliyyat məsləhət görüldü. Əməliyyata üç həftə hazırlıq işləri görüldü, analizlər verdi. Aprelin 2-si açıq ürək əməliyyatı oldu, 4 damarını dəyişdilər. Hazırda xəstəxanada müalicəsi davam edir. Evə nə vaxt buraxılacağı məlum deyil”.
Qeyd edilib ki, ifaçının danışa bilməməsi ilə bağlı xəbərlər əsassızdır:
“Səhhətində hər şey qaydasındadır, danışa bilir. Sadəcə olaraq həkim telefondan istifadə etməyə icazə vermir”.