Lənkəran Dövlət Dram Teatrı 124-cü mövsümünü başa vurub

Lənkəran Dövlət Dram Teatrı 124-cü mövsümünü başa vurub backend

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı 124-cü mövsümünü başa vurub.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə keçirilən mərasimdə çıxış edən teatrın direktoru Tofiq Heydərov, aktyorlardan xalq artisti Böyükxanım Əliyeva, əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev cari mövsümdə qazanılmış uğurlardan və növbəti teatr mövsümündə qarşıda duran vəzifələrdən danışıblar.

Xeyriyyəçilik ənənəsinə sadiq qalan teatr daha sonra xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” tamaşasını Milli Ordunun zabit və əsgərlərinə təqdim edib.

Ötən əsrdə Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejiminin dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs edən səhnə əsərinin quruluşçu-rejissoru Gümrah Ömər, quruluşçu-rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Sadıqovdur.

Əsas rolları Xalq Artisti Qabil Quliyev, Əməkdar Artist Adil Zeynalov, aktyorlardan Əbülfəz Axundov, Qızılgül Quliyeva, Aynur Əhmədova və Tərlan Abdullayev ifa ediblər.
Diaspora