“Ermənilərin Ağdama çox böyük nifrəti var və ona görə şəhərdən bu cür qisas aldılar..."

“Ermənilərin Ağdama çox böyük nifrəti var və ona görə şəhərdən bu cür qisas aldılar..." backend

“Ağdam Qarabağın bir qalası, dayağı idi. Birinci Qarabağ savaşında Ağdam işğal olunandan sonra qalan rayonlarımızı da itirdik”

Bunu Xalq artisti Mənsum İbrahimov doğulduğu Ağdam rayonu haqda danışarkən deyib. M.İbrahimovun sözlərinə görə düşmənin Ağdamdan qəddarcasına qisas almasının səbəbləri var:

 

“Ermənilərin Ağdama çox böyük nifrəti var və ona görə şəhərdən bu cür qisas aldılar. Ağdam Qarabağın bir qalası, dayağı idi. Birinci Qarabağ savaşında Ağdam işğal olunandan sonra qalan rayonlarımızı da itirdik. Ermənilərin ən çox çəkindiyi rayon Ağdam olub. Orda müharibə vaxtı 6-7 batalyon var idi. Daha sonra xaos yarandı. Xocalı faciəsi zamanı isə xocalılara ən çox dəstək olan, onları qarşılayan ağdamlılar olub. Xocalıdan gətirilən meyitləri indi Ağdamda ziyarət etdiyimiz məsciddə yuyub dəfn ediblər. Eyni zamanda, Milli Qəhrəmanımızın Allahverdi Bağırovun köməyi böyük olub. O, 1000 nəfərdən çox Xocalıdan olan əsrin dəyişdirilməsinə rolu olub. Ona görə ən çox ermənilərin işinə əngəl törədən Ağdam idi. Buna görə də Ağdam işğal olunandan sonra ermənlər rayonu yerlə-yeksan etdilər. Bilirsiniz ki, “Qarağacı” adlı bizim tarixi qəbiristanlığımız var idi. Bir neçə gün öncə yəqin ki, siz də izlədiniz, ustadımız Arif Babayev Ağdama gedəndə ata-anasının məzarını tapa bilmədi. Bu dəhşətli bir hadisədir. 19 yaşıma kimi Ağdamda yaşamışam və bütün bunları sözlə ifadə etmək mümkün deyil”.

Xalq artisti o yerlərimizdə dövlət tərəfindən infrastrukturun qurulmasından da danışıb:

 

“O yerlərimizdə evlər planlı şəkildə tikilməlidir. Orda həm də bizim təsərrüfatlarımız da qalmalıdır. Məsələn, orda xırda kəndlərimiz də var idi. Həmin kəndlərimiz isə birləşdirilib qəsəbə yaradılacaq. Məncə, dövlət bunların hamısını düşünür. Amma hər şey planlı şəkildə olmalıdır ki, insanlar orda əziyyət çəkməsinlər”. (moderator.az)

Diaspora