General Naxçıvanskinin Sankt-Peterburqda heykəli qoyulacaq

General Naxçıvanskinin Sankt-Peterburqda heykəli qoyulacaq backend

Azərbaycanlı hərbçi, general-adyutant Hüseyn xan Naxçıvanskinin Sankt-Peterburqda heykəli qoyulacaq.

APA-nın “Fontanka.ru” saytına istinadən verdiyi məlumata görə, müvafiq layihə Sankt-Peterburq Şəhərsalma Komitəsinin iclasında təsdiq olunub.

Abidənin heykəltəraşı Boris Petrov, memarı isə Gennadi Peyçevdir.

Layihənin təşəbbüskarı, Azərbaycan diasporunun nümayəndəsi Alik Mövsümov bildirib ki, Azərbaycan heykəlin hazırlanması üçün vəsait ayırmağa hazırdır. Onun sözlərinə görə, layihənin gerçəkləşməsi 1 il vaxt apara bilər.

Qeyd edək ki, Hüseyn Xan Naxçıvanski Rusiya-Yaponiya müharibəsində II Dağıstan süvari alayına, eləcə də I Dünya Müharibəsi zaman süvari korpusuna rəhbərlik edib, bir çox mükafatlara layiq görülüb. Lakin II Nikolayın taxt-tacdan salınmasından sonra H. Naxçıvanski müvəqqəti hökumətə sədaqət andı içməkdən imtina edib və komandanlıqdan uzaqlaşdırılıb. 1919-cu ildə sərkərdə Petropavlovsk qalasında güllələnib.
Diaspora