Dünyada pandemiya tüğyan edir.
Gürcüstanda artan yoluxma halları fonunda uşaq bağçaları artıq bağlanıb. Bundan başqa, tətbiq olunan komendant saatında da dəyişiklik edilməsi istisna edilmir.Cənub qonşumuz İranda gün ərzində 10 000-ə yaxın yoluxma faktı qeydə alınır.
Bəs ölkəmizdə vəziyyət necədir? Yenidən qapanmalar olarsa, buna sakinlərin münasibəti necə olar?
Şəhər sakinləri arasında sərt karantin qaydalarının tətbiq edilməsinə razı olanlar olsa da, bəziləri həmin qaydalara yenidən qayıtmağı istəmir.
Daha ətraflı Baku TV-nin süjetində: