Azərbaycandakı vaksin koronavirusun yeni ştammlarından da qoruyur - TƏBİB backend

Azərbaycandakı vaksin koronavirusun yeni ştammlarından da qoruyur - TƏBİB

Azərbaycanda koronavirusa qarşı istifadə olunan “Sinovac” vaksini bizi mutant virusdan da qoruyacaq. Yetər ki, bizim insanlarımız o vaksinasiyaya bir az anlaşıqlı münasibət göstərsinlər.

Trend-in məlumatına görə, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov qeyd edib ki, hələ də bəzi insanlar vaksinin mənfi təsirlərindən danışır:

“Guya bu vaksinin içərisində nələrsə var, insanlara pis təsir edir. Bu fikirlərin hamısı absurddur, cəfəngiyyatdır. Həmin vaksinin içərisində öldürülmüş virus var və bu bizi aktiv viruslardan qoruyur”.