Bakı metrosunda terror törədən şəxs əfv edildi backend

Bakı metrosunda terror törədən şəxs əfv edildi

Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən Aslanov Azər Məhərrəm oğlu əfv edilib.

Oxu.Az xəbər verir ki, onun adı Prezident İlham Əliyevin imzadığı Əfv sərəncamında əksini tapıb.

Sərəncama əsasən, A.Aslanovun ömürlük azadlıqdan məhrum etmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Xatırladaq ki, terror aktı 1994-cü il iyulun 3-də baş verib. Hadisə zamanı 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.

A.Aslanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.