Azərbaycanda koronavirusun "Britaniya ştammı" aşkarlanıb - RƏSMİ

Azərbaycanda koronavirusun "Britaniya ştammı" aşkarlanıb - RƏSMİ backend

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq, “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

Bu barədə APA-ya Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkarlanıb.

Qeyd edək ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.