Mustafa Şəntop: “Azərbaycana verdiyimiz şərtsiz dəstək bütün dünyanın diqqətini çəkib” backend

Mustafa Şəntop: “Azərbaycana verdiyimiz şərtsiz dəstək bütün dünyanın diqqətini çəkib”

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycanla qardaşlıq münasibətlərindən danışıb.

“Anadolu” agentliyi xəbər verir ki, o, Bişkekdə “Türk Dünyasının keçmişi, bu günü və gələcəyi” mövzusunda simpoziumun açılışına video mesaj göndərib.

Şəntop bildirib ki, 2020-ci il Qarabağ münaqişəsinin həlli və Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi baxımından tarixi dönəm olub.

“Qardaşlıq hüququmuza əsaslanaraq Azərbaycana haqlı mübarizəsində verdiyimiz şərtsiz dəstək bütün dünyanın diqqətini çəkib.

Azərbaycanda hər sahədə mükəmməl səviyyədə olan əlaqələrimiz bundan sonra da “iki dövlət, bir millət” anlayışı çərçivəsində davam edəcək”, - deyə o vurğulayıb.