Oğlan uşaqları yenə də çoxluq təşkil edib - Statistika

Oğlan uşaqları yenə də çoxluq təşkil edib - Statistika backend

Azərbaycanda yanvar ayında 10.812 körpə doğulub.

Qazilər.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeydə alınan doğum sayı əhalinin hər 1000 nəfəri üçün 12,7 təşkil edib.

Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.