Nazir daha bir işçini vəzifəsindən uzaqlaşdırdı backend

Nazir daha bir işçini vəzifəsindən uzaqlaşdırdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin direktor müavini Elçin Əliyev vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, nazir Rəşad Nəbiyevin əmri ilə sözügedən vəzifə İnara Vəliyevaya həvalə olunub.

Yeni direktor müavini bu təyinata qədər özəl sektorda rəhbər vəzifədə çalışıb.

MHM-dən xəbəri “Report”a təsdiqləyiblər.