“Respublika” qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru Teymur Əhmədov vəfat edib.
Bu barədə “Füyuzat” jurnalının “Facebook” səhifəsində məlumat paylaşılıb.Qeyd edək ki, Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub. 1990-1991-ci illərdə “Vətən həsrəti”, 1992-1993-cü illərdə “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru işləyib. 1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışıb.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
