Avroviziya təmsilçimizi məşhur cəsusla nə birləşdirir? - ARAŞDIRMA backend

Avroviziya təmsilçimizi məşhur cəsusla nə birləşdirir? - ARAŞDIRMA

Bu gün "Avroviziya-2021" Beynəlxalq Mahnı Müsabiqəsində ölkə təmsilçisi olan Efendinin mahnısını və klipini təqdim edilib. İfaçı “Mata Hari” adlanan mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.

Yenisabah.az xəbər verir ki, “Mata Hari” mahnısı risk etməkdən qorxmayan, zamanı qabaqlayan güclü və müstəqil qadının həyat hekayəsindən ilhamlanıb.

Belə ki, Birinci Dünya müharibəsi zamanı Mata Hari adlı cazibədar rəqqasə həm Almaniyaya, həm də Fransaya cəsusluq etdiyinə görə məşhurdur. Mata Harinin hər iki tərəfə cəsusluq etdiyi aydınlaşandan sonra onu edam edirlər. Azərbaycanı "Avroviziya-2021"-də təmsil edəcək mahnı məhz həmin rəqqasənin adından götürülüb.

Birinci Dünya Müharibəsi ərəfəsində Mata Hari ikili agent olur. O, fransızlara almanlar, almanlara isə fransızlar barədə məlumatlar ötürür. Əlbəttə ki, onun ikili agentliyi uzun müddət davam etmir.

İkili agent olduğu zamanda Mata, hətta Alman şahzadəsi Vilhemi aldatmağı və ondan lazımlı məlumatları almağı da planlayır. Bu məqsədlə 1916-cı ilin sonunda şahzadə ilə görüşmək üçün Madridə gedir. Ancaq bu zaman artıq fransızlar bilirlər ki, Mata Hari ikili agentdir.

O, 41 yaşında Franızlar tərəfindən tutularaq Birinci Dünya Müharibəi dövründə cəsusluğa görə edam edilib.

1917-ci ilin fevral ayında edama məhkum edilən Mata Hari 12 əsgər tərəfindən güllələnərək öldürülüb. Edamdan sonra Mata Harinin cəsədinə sahib çıxa biləcək qohum-əqrəbası isə tapılmayıb. Ona görə, kəşfiyyatçının cəsədindən tibbi məqsədlər üçün istifadə edilib.

Bu gənc və gözəl qadının həyat hekayəsi bir çox rejissor üçün də ilham mənbəyi olub. Onun həyatı haqqında bir çox film və serial çəkilib.