Azərbaycan Ordusunun budəfəki təlimlərinin məqsədi nədir? backend

Azərbaycan Ordusunun budəfəki təlimlərinin məqsədi nədir?

Qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu əməliyyat-taktiki təlimləri davam etdirir. Təlimlərə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqlara xüsusi önəm veriləcək.

Hərbi ekspert Şair Ramaldanov "Report"a açıqlamasında qalib ordunun budəfəki təlimlərinin fərqli olduğunu qeyd edib.