Azərbaycan XİN-dən Türkiyəyə başsağlığı: “Terrorizmi qınayırıq!“

Azərbaycan XİN-dən Türkiyəyə başsağlığı: “Terrorizmi qınayırıq!“ backend

"Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq" Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən terror aktını ilə bağlı bəyanat yayıb. QAZİLER.AZ-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, bəyanatda deyilir:

"Biz, Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.
Diaspora