Azərbaycan prezidenti Ərdoğana başsağlığı verdi

Azərbaycan prezidenti Ərdoğana başsağlığı verdi backend

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

QAZILER.AZ məlumat verir ki, Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, başsağlığı məktubunda deyilir:


“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”
Diaspora