“Baktelekom”a yeni direktor müavini təyin edilib backend

“Baktelekom”a yeni direktor müavini təyin edilib

“Azərkosmos” ASC-nin Marketinq Departamentinin rəhbəri Aysel Soltanova vəzifəsindən ayrılıb.

“Report” xəbər verir ki, o, bundan sonra öz fəaliyyətini “Baktelekom” MMC-də davam etdirəcək.

Məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə A.Soltanova “Baktelekom” MMC-nin baş direktorunun müavini təyin edilib.

Qeyd edək ki, ötən ayın əvvəlində Nail Mərdanov da bu qurumda eyni vəzifəyə təyin edilmişdi.