Mariya Zaxarova Qərbi ittiham etdi backend

Mariya Zaxarova Qərbi ittiham etdi

"Qərb Rusiyanın internet resuslarını bloklamaqla əxlaqsız davranış nümayiş etdirir".

Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rusiya 1" telekanalının efirində deyib.

"Onlar bizim hesablarımızı, sənədli filmləri, informasiya kanallarını bloklayırlar. "Krım 24" kanalında nəyi izləmək olar, nəyi yox, deyə qərar verirlər".

XİN sözçüsü qeyd edib ki, həm Rusiya KİV-lərini, həm də Rusiya auditoriyasını qoruyacaq qanun layihəsi hazırlanır.