Toylarların nə vaxt keçirilə biləcəyi ilə bağlı AÇIQLAMA backend

Toylarların nə vaxt keçirilə biləcəyi ilə bağlı AÇIQLAMA

"500 nəfərlik toy keçirmək üçün hələ bir neçə il gözləmək lazımdır".

Qazilər.az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişində həkim Vasif İsmayıl deyib.

O hesab edir ki, 2022-ci ildə belə 500 nəfərlik toyların keçirilməsinə icazə veriləcəyinə inanmır:

"Ona görə, evlənmək istəyənlər indidən evlənsinlər. Ötən gün restoranda olarkən maraqlı bir halın şahidi oldum. Bir neçə masada toplam 15 nəfərin iştirakı ilə toy keçirirdilər. Gözəl nümunə idi. Əgər məqsəd evlənməkdirsə, 500 nəfərlik toyları gözləməsinlər".