Ağdamda xarabazara çevrilən şəhidlik – FOTO

Ağdamda xarabazara çevrilən şəhidlik – FOTO backend

Bu gün işğaldan azad edilən Ağdam rayonuna səfər edən media nümayəndələri ermənilər tərəfindən dağıdılıb, məhv edilmiş şəhid məzarlığını ziyarət ediblər.

Qazilər.az xəbər verir ki, rayonun Uzundərə adlanan ərazisində yerləşən İkinci Şəhidlər Xiyabanında 1000-ə qədər şəhid məzarının olduğu qeyd edilib. Fotolardan da göründüyü kimi, ermənilər Azərbaycan şəhidlərinin məzarını yerlə-bir edib və daşlarını belə daşıyaraq, tam bir düzəngaha çeviriblər.

Qeyd edək ki, media nümayəndələri və KİV rəhbərlərinin Ağdam rayonuna təşkil olunan səfərində Prezidentin köməkçisi Hikmət Hacıyev də iştirak edir.
Diaspora