Media və QHT rəhbərləri Ağdam şəhərində - FOTO

Media və QHT rəhbərləri Ağdam şəhərində - FOTO backend

Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər.

“Report”un Ağdama ezam olunan müxbirinin verdiyi xəbərə görə, onlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar.

Media və QHT rəhbərləri Ağdam xanlarının abidələr kompleksini və İmarət qəbiristanlığını ziyarət ediblər.

Media orqanı və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfər davam edir.
Diaspora