Əfv komissiyasının 9-cu iclası başa çatıb backend

Əfv komissiyasının 9-cu iclası başa çatıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Qazilər.az xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq yeni müraciətlərə baxılıb.

Qeyd edək ki, komissiya bütün kateqoriyalardan olan müraciətlərə baxır. Mülkiyyət əleyhinə, sağlamlıq əleyhinə cinayətlər, iqtisadi cinayətlər, korrupsiya və rüşvətxorluqla bağlı cinayətlər, məişət zorakılığı ilə bağlı və digər cinayətlərlə bağlı müraciətlər, o cümlədən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə komissiya tərəfindən baxılır.

Komissiyanın 9 iclası keçirilib və daxil olan yeni müraciətlərin 950-dən çoxuna baxılıb.

Komissiya iclaslarının gələn həftə yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.