Azərbaycanda dörd yüksək vəzifəli şəxsin istefa səbəbi bilindi

Azərbaycanda dörd yüksək vəzifəli şəxsin istefa səbəbi bilindi backend

“Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə genişmiqyaslı islahatlar aparılır. Hazırda ölkəmizin qarşısında yenilənmək, inkişaf etməklə bağlı vəzifələr dayanır. Biz də həmin çağırışlara qoşulmaq üçün bu addımı atmışıq. Burada qeyri-adi heç nə yoxdur”.

Qazilər.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Hesablama Palatasının işdən çıxmaqla bağlı ərizə yazan auditoru Mehriban Alışanova deyib.

“Hər birimizin kifayət qədər iş stajımız var. Biz işdən çıxmaqla gənc nəsilə yol veririk. Çünki idarəçiliyi öyrənməyə illər lazımdır. Heç kim bizi eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazmağa məcbur etməyib. Elə bir söhbət yoxdur”, - deyə o əlavə edib.

Qeyd edək ki, Hesablama Palatasının yeddi auditorundan dördü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb. Həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

Diaspora