Həyat yoldaşı ilə eyni gündə doğulan şəhid - Fotolar

Həyat yoldaşı ilə eyni gündə doğulan şəhid  - Fotolar backend

Bu gün Vətən müharibəsi şəhidi Cəfərov Tehran Nadir oğlunun doğum günüdür.

Şəhidimizin cənnətdə ilk doğum günü - 29 yaşı onsuz, doğulduğu Biləsuvar rayonunun Günəşli kəndində qeyd olunub. Rayon ictimaiyyəti şəhidin ata ocağında ailəsini ziyarət ediblər.

Həyat yoldaşı Gültəkin xanımla eyni gündə doğulan Tehran 8 il ad gününü onunla birgə keçirib. Bu il isə valideynlərinin ad gününə hazırlanan tortu şəhidimizin yadigarları - 8 yaşlı Nahidə, 6 yaşlı Nadir, 5 yaşlı Senur kəsib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, MAXE T.Cəfərov Füzuli istiqamətində həmlə taborunda tağım komandirinin müavini kimi döyüşüb. Sonuncu döyüşü Ağdərə uğrunda olub. Meşəlik ərazidə hücumda olan silahdaşlarının həyatına təhlükə yaradan düşmən tankını partladıb. Özü isə aldığı qəlpə yaralarından qəhrəmancasına şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. (moderator.az)



Diaspora