Əfv Komissiyasında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb

Əfv Komissiyasında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb backend

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirilən ötən iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.

Qazilər.az xəbər verir ki, komissiyanın indiyədək keçirilən iclaslarında əsasən mülkiyyət, sağlamlıq əleyhinə, iqtisadi, korrupsiya və rüşvətxorluq, məişət zorakılığı və digər cinayətlərlə bağlı müraciətlərə baxılıb.

Bundan əlavə, iclaslarda yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə də baxılıb.

Qeyd edək ki, indiyədək Komissiyada baxılan müraciətlərin sayı 850-dən çoxdur.

Növbəti iclas martın 13-də keçiriləcək.

Komissiya iclaslarının gələn həftə yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
Diaspora