Litvanın paytaxtı Vilnüsdə keçmiş SSRİ dövründən qalma son heykəllər də söküldü.
QAZİLER.AZ saytının məlumatına görə, AZƏRTAC Anadolu Agentliyinə istinadən xəbər verir ki, Vilnüs şəhər bələdiyyəsi heykəllərdə iri çatların əmələ gəldiyini və yoldan keçənlər üçün təhlükə yaradacağını səbəb göstərərək heykəllərin sökülməsi qərarını verib.
Qeyd edək ki, Neris çayı üstündəki Yaşıl Körpüdə ucaldılan - əsgər, işçi, cütçü, məktəbli təsviri olan və 1952-ci ildə ucaldılan dörd heykəl Sovet dövrünün ən əhəmiyyətli əsərlər kimi xatırlanırdı.