Vilayət Eyvazov polis leytenantın vəzifəsini artırdı backend

Vilayət Eyvazov polis leytenantın vəzifəsini artırdı

Hacıqabul Şəhər Polis Şöbəsində yeni təyinat olub.

“Report” xəbər verir ki, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmri ilə Şirvan ŞPŞ-nin əməkdaşı, polis leytenantı Məmmədli Taleh Bəybala oğlu tutduğu vəzifədən azad edilərək Hacıqabul RPŞ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi qrupunun Baş inspektoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, T.Məmmədli bu vəzifəyə təyin olunana qədər Şirvan ŞPŞ-nin Növbətçi hissəsinin məsul növbətçisi vəzifəsində çalışıb.