“Space” TV-nin yeni rəhbəri Kamil Şahverdiyev kanalın sabiq rəhbəri Vaqif Mustafayevin yaxın kadrını işdən çıxarıb.
Unikal.org-un məlumatına görə, K.Şahverdiyevin əmri ilə, adıçəkilən televiziyanın Proqram Departamentinin rəhbəri Tamara Məmmədova tutduğu vəzifədən azad olunub.Qeyd edək ki, Kamil Şahverdiyev “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edir.