Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis kapitanı Səbuhi Məhərrəmov Goranboy rayon Polis Şöbəsi rəisinin şəxsi heyət üzrə köməkçisi təyin edilib.Qeyd edək ki, bir müddət öncə həmin vəzifədə işləyən polis polkovnik-leytenantı Səməd Akif oğlu Məhərrəmov Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib.