Azərbaycanda yaşayan azsaylı xalqların milli geyimləri ilə bağlı sərgi təşkil ediləcək. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə bu ilin payızında keçiriləcək.
QAZİLER.AZ saytı xəbər verir ki, Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgiyə hazırlıq işləri gedir.
Xatırladaq ki, ötən il qurum tərəfindən “Azərbaycan milli geyimləri rəssamların gözü ilə” mövzusunda respublika sərgisi keçirilib. Hazırda bu sərginin kataloqu hazırlanır.