Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonunda leysan yağışları nəticəsində inzibati binanın zirzəmisinə su dolub.
QAZİLER.AZ saytı məlumat verir ki, Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin müvafiq qüvvələri hadisə rayonuna cəlb olunub.
Xilasedicilər tərəfindən su basmış ərazilərin sulardan təmizlənməsi təmin edilib. Əməliyyat saat 01:15-də başa çatıb.