Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 450 fərdi ev tikiləcək

Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 450 fərdi ev tikiləcək backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə fərdi evlərin tikintisi üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox açıq tender elan edib.

Qazilər.az xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 19-u saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə aprelin 27-si saat 18:00-a qədər Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Anna Elyaşinadır. Telefon: (012) 596-44-09.

Təkliflərə aprelin 28-i saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Bu tender hesabına 36 şəhər və rayonda 450 ədəd fərdi ev tikiləcək.
Diaspora