İctimai birliyin mülki əhaliyə müraciəti: Partlamamış hərbi sursatlara toxunmayın...

İctimai birliyin mülki əhaliyə müraciəti: Partlamamış hərbi sursatlara toxunmayın... backend

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyət göstərir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov Qaziler.az-a bildirib ki, rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin fevral ayında 8 hadisə nəticəsində 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır. Nəticədə iki hərbçi və beş mülki şəxs həlak olmuş, dörd mülki şəxs və yeddi hərbçi yaralanmışdır. 2021-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Füzuli, Ağdam, Tət-tər və Cəbrayıl rayonlarının ərazisində baş vermişdir.

Ümumilikdə 2021-ci ilin ilk iki ayında 28 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.

Diaspora