“Azəriqaz”: “Bir qrup abonentin qaz təchizatında fasilə olacaq” backend

“Azəriqaz”: “Bir qrup abonentin qaz təchizatında fasilə olacaq”

Gün ərzində təbii qazdan üç qanunsuz istifadə halı aşkarlanıb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, “Təmiz Qaz” QSC ilə birgə aparılan yoxlamalar zamanı Sabunçu rayonu, “Maştağa-2” qaz paylayıcı stansiyadan qidalanan iki qaz xəttində üç yerdə təbii qazdan qeyri-qanuni istifadə faktları aşkarlanıb.

Qaz xətlərinə qeyri-qanuni müdaxilə etməklə Müharibə və əmək əlilləri üçün pansionatın normal rejimdə qaz almasına maneçilik yaradılıb.

Birliyin Bakı Regional Qazın Satışı Departamenti aşkarlanan hallarla bağlı müvafiq prosedurların icrasını nəzarətə götürüb. Qeyri-qanuni xətlərin ləğv edilməsi zamanı Müharibə və əmək əlilləri üçün pansionatın qaz təchizatında müvəqqəti olaraq fasilə yaranıb.

Qeyd edilib ki, təmir müddətində həmin xətdən qaz alan bir qrup abonentin də qaz təchizatında fasilə olacaq. Bərpa işlərinin tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulub.