XTQ kapitanı şəhid Nurlanın övladı dünyaya gəldi - FOTO backend

XTQ kapitanı şəhid Nurlanın övladı dünyaya gəldi - FOTO

Bu gün Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı və Dağ kəşfiyyatçısı Nurlan Mustafayevin oğlu dünyaya gəlib.

AZXEBER.COM-un məlumatına görə, şəhidin oğluna atasının adı verilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

O Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.