Yaşar Nurinin şəxsi əşyaları oğurlandı

Yaşar Nurinin şəxsi əşyaları oğurlandı backend

Mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb.

Qaziler.az “Report”a istinadən xəbər verir ki, hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb.

Məlumata görə, bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və s. əşyalar oğurlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Qeyd edək ki, 1951-ci il təvəllüdlü Yaşar Nuri 2012-ci ildə vəfat edib.