Övladlığa götürmə proseduru asanlaşdırılır backend

Övladlığa götürmə proseduru asanlaşdırılır

Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılır.

Qaziler.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Ailə Məcəllə”sinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Analoji dəyişiklik Mülki Məcəlləyə də təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. (apa)