Ünvanlı sosial yardımla bağlı şərtlərdə bəzi yumşalmaların olması təklif edilir

Ünvanlı sosial yardımla bağlı şərtlərdə bəzi yumşalmaların olması təklif edilir backend

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Ombudsman sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin, beşdən çox uşağı olan qadınlara müavinətin və borcun (o cümlədən kreditin) ailə üzvünün aldığı cari transfertlər siyahısından çıxarılması və bu məqsədlə Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na dəyişikliklər edilməsini təklif edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.