Bu kəndə girərkən qəribə mənzərə ilə rastlaşırsan. Kəndin girişindən çıxışına kimi, demək olar ki, bütün məhəllələrin, yolların kənarlarında ayrı-ayrı hasara alınmış çoxlu sayda qəbirstanlıqlar var.
Söhbət Qubanın Zərqova kəndindən gedir.Bu kənddə hər kəs vəfat etmiş yaxınını öz həyətyanı sahəsində dəfn edir.
Sakinlər bildirir ki, bu ənənənin tarixi 13-cü əsrdən başlayır. Həmin dövrlərdə kənddə müxtəlif tayfalar məskunlaşıb. 20-yə qədər tayfanın məskunlaşdığı kənddə hər nəslin öz qəbirstanlığı olub.
Baku TV-nin həmin kənddən hazırlanmış reportajını təqdim edirik: