Suriya Prezidenti və birinci xanım koronavirusa yoluxub backend

Suriya Prezidenti və birinci xanım koronavirusa yoluxub

Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma koronavirus virusuna yoluxduqlarını söyləyiblər.

APA bildirir ki, bu barədə RİA Novosti Suriya prezidentinin administrasiyasına istinadən məlumat yayıb:

“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”.

Bəşər Əsəd və həyat yoldaşının vəziyyətinin yaxşı, stabil olduğu qeyd edilir.