Sərhədçilərin peyvəndlənməsinə başlanılıb backend

Sərhədçilərin peyvəndlənməsinə başlanılıb

İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının vaksinasiyasına start verilib.

Qazilər.az xəbər verir ki, DSX-dən verilən məlumata görə, ilk gündə 100 sərhədçinin COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaları təşkil edilib.

COVID-19 xəstəliyi əleyhinə Vaksinasiya Stra­tegiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2000-dən artıq hərbi qulluqçusunun vaksinasiya olunub.