Bakı-Sumqayıt qatarı işləməyəcək

Bakı-Sumqayıt qatarı işləməyəcək backend

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 6, 7 və 8 mart günləri hərəkətdə olmayacaq.

Qazilər.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

Qeyd olunub ki, 9 mart tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq.