ABŞ-da silahlı insident: 4 ölü, 3 yaralı - YENİLƏNİB

ABŞ-da silahlı insident: 4 ölü, 3 yaralı - YENİLƏNİB backend

ABŞ prokurorluğu Tennessi ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib.


QAZİLER.AZ saytı xəbər verir ki, APA-a istinadən verdiyi xəbərə görə, bu barədə prokuror Bill Killian bildirib.

Məlumata əsəsən, atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusunu güllələyən şəxsin Çattanuqa sakini, 24 yaşlı Məhəmməd Yusif Əbdüləziz olması müəyyən edilib.

Hücum nəticəsində 3 nəfərin, o cümlədən 1 polis əməkdaşının yaralandığı bildirlilr.


Qeyd edək ki, hərbçilərə hücum edən şəxs məhv edilib.


***

ABŞ-da silahlı insident nəticəsində yaralanan 4 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tennesi ştatının Çattanuqa şəhərində qeydə alınıb

Naməlum şəxs avtomobildən atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusu və 1 polis əməkdaşını yaralamışdı.

Son məlumatlara əsasən, hərbçilərə hücum edən şəxs polis tərəfindən məhv edilib.

***

ABŞ-da silahlı insident nəticəsində 5 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tennesi ştatının Çattanuqa şəhərində baş verib

Naməlum şəxs atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusu və 1 polis əməkdaşını yaralayıb.

Rəsmi mənbələr hadisə nəticəsində 5 nəfərin xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

Atəş açan şəxsin kimliyi və motivi məlum deyil. Polis araşdırma aparır.
Diaspora